воскресенье, 10 ноября 2013 г.

     Müəllim işlədiyimiz gündən  müəllimlərə qarşı olan haqsizlıqlarla,tərbiyəsiz valideynlərlə,şagirdlərlə  qarşılaşırıq.Valideynlərin,şagirdlərin müəllimlərə yuxardan aşağı baxmağının səbəbini axtarırıq.
     Əsas səbəb ailədə,şagirdə verilən tərbiyədədir.Əgər valideyn evdə öz uşağını tərbiyə etmirsə,hər günahı başqasında,əsas da müəllimdə görürsə,şagird də özünü o cür aparıb saymamazlıq edəcək.

     Mən yuxarı sinif şagirdlərinin dərsə dəftər-kitab gətirməməsindən,məktəbli formasını məcburiyyətdən geyinməsindən,şagird adına layiq olmayan hərəkətlər etməsindən narazıyam.
     Şagird dərs oxumur,şərti qiymət alır,söz verir ki, peşə məktəbinə gedir,sentyabr ayında görürsən onuncu sinifdə oturub parta arxasında.İmtahandan köçürtməklə qiymət alıb hünər iş görüb,bunu özünə fəxr bilir.Gəlib sinifdə boş yerə oturur,dərsə gecikir,dərs oxumur.Müəllim dərs tələb edəndə də müəllim insafsızdı,günahkardı.Niyə başa düşmür ki,şagird dırnaq arası hazırlığa gedir,yorulur,dərsi çatdıra bilmir.
     Bəs müəllimə kim güzəşt edir.Şagird dərs oxumur müəllim günahkardı,dəftər-kitab gətirmir müəllim günahkardı,mobil telefonla məşguldu müəllim günahkardı.Niyə heç kim demir ki,valideyn günahkardı.Valideyn övladını evdən məktəbə yola salanda öyüd-nəsihət vermir ki,məktəbdə müəllimlərlə,qızlarla,oğlanlarla necə rəftar etmək lazımdır,məktəbdə davranış qaydaları necədi.Məktəbli formasını niyə geyindiyini,dəftər-kitabın nəyə lazım olduğunu izah etmir.Müəllim nə isə tələb edəndə müəllim təmənnası var damğasının vururlar məslə bitir.Amma məsuliyyətsiz,tərbiyəsiz valideyn deyən olmur.Şagirdlərə hüquqlarını başa salıblar,vəzifələrini yox.Hər addımda şagird hüquqlarını tələb edir,amma ondan vəzifələrini tələb edəndə hayasızlıq edir.
     Valideynin,şagirdin şikayət etməyə qaynar xətti,lazımi instansiyaları var.Bəs müəllimin?Müəllim hara,kimə şikayət etsin?Müəllimin də qeydinə qalan,qoruyan,haqlarına hörmətlə yanaşan bir yer olsa idi çox yaxşı olardı.Hər dəfə müəllimləri cəzalandırmaqla,işdən azad etməklə qorxutmaqdansa,bircə valideyni cəzalandırsalar, bəlkə başqalarına da dərs olar.
     Müəyyən instansiyalar öz müəllimlərinə hörmətlə yanaşıb onların haqlarını qorusalar valideynlər və şagirdlər də müəllimlərə hörmət edərlər.

Комментариев нет:

Отправить комментарий